Rauf Mirqədirov Müalicə Müəssisəsinə köçürülüb

Həbsdə olan jurnalist Rauf Mirqədirov Ədliyyə Nazirliyi Penitensiar xidmətin müalicə müəssisəsinə köçürülüb.

Bu barədə APA-ya məlumat verən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov bildirib ki, Milli Təhlükəsizlik Nazirliyinin İstintaq təcridxanasında saxlanılan R. Mirqədirov müalicə və müayinə məqsədi ilə bir neçə gün əvvəl Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb: “Müalicəsi başa çatdıqdan sonra yenidən istintaq təcridxanasına qaytarılacaq”.

Qeyd edək ki, R. Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar