Neftin qiyməti qalxmasa büdcə kəsiri 4 milyard olacaq- AÇIQLAMA

samir_aliyevÖlkə iqtisadiyyatında təlatüm yaşanır. Bir tərəfdən, dövlət ehtiyatlarının, digər tərəfdən, neft gəlirlərinin azalması hökuməti əlavə tədbirlər həyata keçirməyə vadar edir. Belə olduğu təqdirdə isə xarici borclanma ilə bərabər bir nüans da diqqət çəkir. Bu Dövlət Neft Fondunun xaricdə saxlanılan rezervləridir ki, hazırkı məqamda onların ölkəyə gətirilməsi də iqtisadi ictimaiyyətdə müzakirə olunan məsələlər sırasındadır.

Araşdırmamız nəticəsində əldə etdiyimiz rəqəmlərə görə, Dövlət Neft Fondunun valyuta ehtiyatlarının 87 faizi qiymətli kağızlarda saxlanılır, qalan 5 faizi qızıl da daxil olmaqla, digər sahələrə, daşınmaz əmlakın alınmasına yatırılır. Növbəti hissəsi isə valyuta şəklində saxlanılır. Bunlar daha çox Rusiya və Türkiyədə saxlanılan vəsaitlərdir ki, səhmlərə yönəldilib.

Bəs Dövlət Neft Fondunun xaricdə saxlanılan valyuta ehtiyatlarının ölkəyə gətirilməsi məsələsi yenidən gündəmə gələ bilərmi?

Məsələ ilə bağlı musavat.coma-a iqtisadi ekspert Samir Əliyev danışıb. Ekspert bildirib ki, Dövlət Neft Fondunun aktivləri 35 milyard təşkil edir:“Mərkəzi Bankın bank ehtiyatları isə hazırda 8.5 milyarddır. Bu isə o deməkdir ki, ölkəmizin valyuta ehtiyatları Neft Fondu ilə birlikdə təxminən 43.5 milyarddır. Bunların ölkəyə gətirilməsi məsələsi uzun müdddətdir müzakirə edilir. Rezervlərin ölkəyə gətirilməsi məsələsi neftin qiymətinin yüksək olduğu dönəmdə daha aktual idi. Əsaslandırma belə idi ki, həmin rezervləri bizim banklara nisbətən yüksək faizlə versinlər. Düşünülürdü ki, nəticədə həm çox gəlir əldə olunar, həm də ölkə iqtisadiyyatı pulla təmin edilər. Təbii ki, bunun əks arqumentləri də var. Bu isə ondan ibarətdir ki, ölkə iqtisadiyyatına birdən-birə bu qədər pul gələrsə, infliyasiya yarana bilər”.

S.Əliyev bildirib ki, hazırda ölkədə mövcud siyasi situasiya əvvəlki aylardan fərqlidir:

“Dövlət Neft Fondunun büdcə gəlirləri 10.3 milyarddır. Büdcə gəlirləri isə təxminən 11.8 milyard təşkil edir. Söylədiyim 90 dollardan nəzərdə tutulan büdcədir. Əgər neftin qiyməti belə davam edərsə, ilin sonunda Neft Fondunun büdcəsi 8 milyard olacaq. Büdcə xərcləri isə 12 milyard nəzərdə tutulub. Demək, əgər neftin qiyməti qalxmarsa, büdcə xərcləri 4 milyard kəsirdə qalacaq. Belə olan təqdirdə hökumət məcbur olub ya 4 milyardın hamısını, ya da müəyyən bir hissəsini xaricdən gətirəcək. İstənilən halda Dövlət Neft Fondunun xaricdəki aktivlərinin bir hissəsi Azərbaycana gətiriləcək. Bu da strateji ehtiyatların azalmasına gətirib çıxara bilər”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar