DEPUTAT İŞ ADAMINI ŞANTAJ EDİB? - ŞOK İDDİA

Milli Məclisin xanım deputatlarından olan Jalə Əliyeva Parlament seçkiləri öncəsi təşvişdədir.Xanım deputat yeni havadar axtarışındadır. AZXEBER.COM-un məlumatına görə, ötən seçkilərdə Zərdabdan deputat seçilən Jalə Əliyeva son 5 ildə ona etimad göstərən bütün şəxslərin kredolarını xərcləyib. Belə ki, Nəqliyyat Naziri Ziya Məmmədovun kurasiyasında olan Zərdabdan millət vəkili seçilən Jalə Əliyeva son illərdəki fəaliyyəti ilə yaxın ətrafını çətin vəziyyətdə qoyub və komanda deputatdan "əlini üzüb".

Xanım deputata yaxın olan mənbənin portalımıza verdiyi məlumata görə, buna səbəb Jalə Əliyevanın komandasına xəyanət etməsidir. Belə ki, o yeri gəldi-gəlmədi məmurlara, nazirlərə ağız açır, onlardan nəsə umur, bu hal isə Nəqliyyat nazirinə xoş gəlməyib və bu səbəbdən deputat siyahıdan silinib. Jalə Əliyeva Zərbabın icra başçısı Lütvəli Babayeva dəfələrlə iş üçün müraciət edib, ondan nələrsə xahiş edib. Vəziyyətdən təngə gələn başçı deputatdan şikayətini dilə gətirib.

Onu da qeyd edək ki, millət vəkilinin məmurlardan xahiş halı artıq həyat tərzinə çevrilib. Belə ki, Milli Məclis kulislərində gedən söhbətlərdə də hər kəs deputatın istəklərindən cana doyduğunu bildirir.

Millət vəkili ilə bağlı daha bir məlumat və onu bitirən amil Türkiyədə olan iş adamları ilə sıx münasibətidir. Belə ki, demək olar hər ay İstanbula uçan deputatın bu hərəkəti hakim düşərgədə də birmənalı qarşılanmayıb və ondan bu hərəkətinə görə hesabat tələb olunub.

Bir müddət öncə mətbuatda yayılan xəbərə görə, Jalə Əliyeva Türkiyədən dönərkən aeroportda saxlanılıb və onun çantasına baxış keçirilibmiş. Yoxlama zamanı xanım millət vəkilinin çantasından bir neçə “juçok”, qələm-kamera, “prosluşka” telefonları və digər bu kimi idxalı yasaqlanmış əşyalar çıxıb.

Bu olayı izləmiş vətəndaş iddia edir ki, J.Əliyeva deputat toxunulmazlığından istifadə edərək əvvəlcə çantasının açılmasına razılıq verməyib.

Mənbə qeyd edir ki, onun etirazlarına baxmayaraq çantası yoxlanılıb. Qeyd olunan əşyalar aşkarlandıqdan sonra xanım deputat onların özünə məxsus olmadığını iddia edib. Daha sonra o, həmin yoxlamanı həyata keçirən təhlükəsizlik orqanı əməkdaşının bu yoxlamanı qanunsuz apardığını iddia edib və onun işdən çıxarılması məsələsini qaldıracağını bildirib. Deputatın Türkiyədə olarkən iş adamlarının səsini yazdığı və onları şantaj etdiyi də iddia olunub.

Mənbəmiz onu da qeyd edir ki, həmin vaxt hadisə yerinə aeroport rəhbərliyi gəlib və məsələ barədə yuxarılara məruzə edilib. Həmçinin, bu hadisə haqda Milli Məclisin sədri Oqtay Əsədova məruzə edilməsi haqda da tapşırıq alınıb.

Bütün bu sadalanan amillər bir daha onu sübut edir ki, Jalə Əliyeva hakim komanda üçün bitmiş kadrdır və qarşıdan gələn seçkilərdə onun namizədliyi dəstəklənsə belə digər partiyalar və bitərəflər üçün xanım deputatı məğlub etmək asan olacaq.

P.S. Yazılnlarla bağlı deputat Jalə Əliyevanın da mövqeyini dərc etməyə hazırıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar