ANASI ERMƏNİ EKS-RƏİSİN ETİRAFLARI... - "Dedi ki, günahkardır..."

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılan Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədovla görüşüb. Bu barədə azvision.az-a E.Behbudov özü məlumat verib.

elcin-behbudovO, bildirib ki, Rəşad Məmmədov ona qarşı irəli sürülən ittihamlarla razılaşıb:“Mən və müavinim Elçin Şirinov MTN-nin İstintaq Təcridaxanasında monitorinq keçirdik. Orada saxlanılan Rəşad Məmmədov mənə bildirdi ki, günahkardır. Məhkəmə zamanı dəyən ziyanın ödənilməsinə çalışacaq ki, cəzası bir az yüngülləşsin. Saxlanma şəraitindən razıdır. Heç bir şikayəti yoxdur”.

Qeyd edək ki, R.Məmmədov prezident İlham Əliyevin mayın 4-də imzaladığı sərəncamla vəzifəsindən azad olunub. Ona qarşı Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 178.2.3-cü maddələri ilə ittiham irəli sürülüb.

Onu da qeyd edək ki, Rəşad Məmmədovun anasını erməni olduğu bildirilir.Virtualaz.org saytının məlumatımna görə,  R.Məmmədovun anasının gerçək adı belədir: Aida Stepanovna Martirosova. Bu qadın Bakı sakinidir.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar