Tuğrul Türkeşin qardaşı danışdı - "MHP atamın partiyasıdır"

Xəbər verildiyi kimi, Tuğrul Türkeş baş nazir Əhməd Davudoğlunun müvəqqəti hökumətində nazirlik təklifini qəbul edərək MHP ilə yolları ayırıb. Reaksiya.az xəbər verir ki, bu məsələyə Türkeşin bir vaxtlar AKP-dən olan millət vəkili, qardaşı Kutalmış Türkeş münasibət bildirib.O qeyd edib ki, Türkeşin bu addımı hamı kimi onun da marağına səbəb olub.

Kutalmış Türkeş həmçinin deyib ki, bu soyadı daşıyan biri üçün MHP-də intizam araşdırması aparılması təəccüblü haldır.

Türkeş qardaşının MHP-də “Başbuğun sümüklərini sızlatdı”" sözləri ilə tənqid edilməsinə də münasibət açıqlayıb: "Mənə də buna bənzər sözlər deyiblər. Bu mövzuda şərh vermək istəmirəm. Nə planlaşdırıb, nə düşünüb, bilmirəm".

MHP-yə qoşulmağı düşünüb düşünmədiyi sualına Türkeş "Olar, niyə olmasın. Nəticədə MHP bizim partiyamızdır, atamın partiyasıdır" cavabını verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar