Beynəlxalq Bank rəhbərinin qardaşı "Azər-Türk Bank"a təyin olunub

Avqustun 26-da öz xahişi ilə "Bank Technique" ASC-nin "Mərkəz" filialının direktoru vəzifəsindən çıxmış Məmmədov Əhməd Məmməd oğlu “Azər-Türk Bank” ASC-yə təyinat alıb.

“APA-Economics”in xəbərinə görə, Ə. Məmmədov bankın “Mərkəz” filialının direktoru təyin edilib.

Qeyd edək ki, Ə. Məmmədovdan öncə adıçəkilən filialın direktoru Əkbərov Rasim Naib oğlu olub.

Xatırladaq ki, Ə. Məmmədov “Azərsığorta” şirkətinin İdarə Heyətinin sədri Məmməd Məmmədovun oğlu, “Azərbaycan Beynəlxalq Bankı”nın İdarə Heyətinin sədri Elmar Məmmədovun qardaşıdır.

Onu da qeyd edək ki, Elmar Məmmədov "Azərbaycan Beynəlxalq Bankı"ndan öncə "Azər-Türk Bank"da İdarə Heyətinin sədri olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar