Pərviz Həşimlinin atası Fikrət Məmmədovla görüşdü

pervizHazırda 13 saylı Cəzaçəkmə Məüssisəndə 8 illik cəzasını çəkən tanınmış jurnalit, vicdan məhbusu Pərviz Həşimlinin atası ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşb.

Bu barədə Moderator.az - a jurnalisitin atası Kamran Həşimlinin özü məlumat verib. Məhbus atasının bildirdiyinə görə o ədliyyə nazirinə oğlunun həbsi, barəsindəki hökmlə bağlı ətraflı məlumat verib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun yol verdiyi nöqsanlar və işin tamamilə qanunsuz aparılmasıyla bağlı naziri məlumatlandırıb:

"Nazir məni çox səmimiyyətlə dinlədi və fikirlərimi sonadək çatdırmağım üçün şərait yaratdı. Mən hörmətli ədliyyə nazirinə məktubla da müraciət edərək oğlumun Ali Məhkəmədə baxılacaq işini nazir və Məhkəmə Hüquq Şurasının sədri kimi nəzarətdə saxlamağı və əvvəlki instansiya məhkəmələrində yol verilmiş qanunsuzluqların aradan qaldırılaraq ona bəraət verilməsini xahiş etdim. Nazirə onu da bildirdim ki, Pərvizin azadlığa buraxılması üçün 9 millət vəkilinin prezident İlham Əliyevə müraciəti də ondan xəbər verir ki, oğlumun günahsız olduqlarına onlar da əmindirlər. Fikrət müəllim bildirdi ki, Pərviz Həşimlinin özü də ona məktubla müraciət edib və hər iki müraciəti ciddi oxuyacaq və müvafiq tədbir görəcək. Mən hörmətli nazirin qəbulundan çox böyük ümidlərlə ayrıldım və inanmaq istərdim ki, Fikrət Məmmədov əlində olan səlahiyyətlərdən istifadə edərək Pərviz Həşimli haqqındakı qanunsuz məhkmə qərarlarının ləğv edilməsinə köməyini əsirgəməyəcək."

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar