“Qəbələ” yenə yunanlarla, “Qarabağ” nəhənglərlə düşdü - CƏDVƏL

Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Monakoda keçirilən tədbirdə iki Azərbaycan klubunun rəqibləri müəyyənləşib.

Qrup mərhələsində çıxış edəcək 48 komanda 12 qrupa bölünüb. 4 mərhələ keçib, tarixində ilk dəfə əsas raunda yüksələn “Qəbələ” C qrupunda yer alıb. Təmsilçimizin rəqibləri “Borussiya” (Dortmund, Almaniya), PAOK (Yunanıstan), “Krasnodar” (Rusiya) olacaq.

Azərbaycan çempionu “Qarabağ” ikinci dəfə mübarizə apardığı qrup mərhələsində “Tottenhem” (İngiltərə), “Anderlext” (Belçika), “Monako” (Fransa) ilə qüvvəsini sınayacaq. Bu komandalar J qrupunda qərarlaşıb.

A qrupu: “Ayaks” (Hollandiya), “Seltik” (Şotlandiya), “Fənərbaxça” (Türkiyə), “Molde” (Norveç)

B qrupu: “Rubin” (Rusiya), “Liverpul” (İngiltərə), “Bordo” (Fransa), “Syon” (İsveçrə)

C qrupu: “Borussiya” (Dortmund, Almaniya), PAOK (Yunanıstan), “Krasnodar” (Rusiya), “QƏBƏLƏ” (AZƏRBAYCAN)

D qrupu: “Napoli” (İtaliya), “Brügge” (Belçika), “Legiya” (Polşa), “Midtyulland” (Danimarka)

E qrupu: “Vilyareal” (İspaniya), “Viktoriya” (Çexiya), “Rapid” (Avstriya), “Dinamo” (Belarus)

F qrupu: “Marsel” (Fransa), “Braqa” (Portuqaliya), “Slovan” (Çexiya), “Qroninhen” (Hollandiya)

G qrupu: “Dnepr” (Ukrayna), “Latsio” (İtaliya), “Sent-Etyenn” (Fransa), “Rusenborq” (Norveç)

H qrupu: “Sportinq” (Portuqaliya), “Beşiktaş” (Türkiyə), “Lokomotiv” (Rusiya), “Skenderbeu” (Albaniya)

İ qrupu: “Bazel” (İsveçrə), “Fiorentina” (İtaliya), “Lex” (Polşa), “Belenenseş” (Portuqaliya)

J qrupu: “Tottenhem” (İngiltərə), “Anderlext” (Belçika), “Monako” (Fransa), “QARABAĞ” (AZƏRBAYCAN)

K qrupu: “Şalke” (Almaniya), APOEL (Kipr), “Sparta” (Çexiya), “Asteras” (Yunanıstan)

L qrupu: “Atletik” (İspaniya), “Alkmaar” (Hollandiya), “Auqsburq” (Almaniya), “Partizan” (Serbiya)

Qeyd edək ki, qrup mərhələsinin oyunları 17 sentyabr, 1 oktyabr, 22 oktyabr, 5 noyabr, 26 noyabr və 10 dekabrda keçiriləcək. Hər qrupda ilk iki yeri tutan komandalar 1/16 finala yüksələcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar