Rüstəmxanlıdan YAP-çı redaktora ağır ittihamlar

Sabir Rüstəmxanlı: «Bu gün dərc olunan «Azərbaycan» qəzeti, Cümhuriyyət dövründə dərc olunan “Azərbaycan»ın davamçısı deyil»

“Azərbaycan” qəzetinin ötən günkü sayında qəzetin 95 illiyi münasibətilə geniş yazı dərc olunub. Yazının müəllifi “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovdur.

Məqalədə qəzetin keçdiyi yol, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi fəaliyyəti,Ü.Hacıbəyli, Ş.Rüstəmbəyli, X.Ibrahimli, M.Ə.Rəsulzadə, F.Ağazadə, M.Hadi, H.I.Qasımov, M.Şahtaxtlı, A.Ziyadxanlı, Ə.Müznib, Ə.Cavad və başqalarının qəzetdəki fəaliyyətindən söhbət açılır.

Daha sonra qəzetin 1991-ci ildə yenidən müstəqillik qazanması ilə öz fəaliyyətini bərpa etməsindən, azadlıq və suverenlik ideyalarının həyata keçirilməsində fəal rolundan, Heydər Əliyevin qəzetə diqqət və qayğısından söhbət açılır.

Ancaq məqalədə “Azərbaycan” qəzetini 2-ci dəfə bərpa etmiş, 2 il bu qəzetin redaktoru olmuş Sabir Rüstəmxanlının adı çəkilmir. Sanki bu məlum tarix heç olmayıb, bu şəxsin “Azərbaycan” qəzeti ilə bağlılığı yoxdur.

Məqalədə yazılanlarla bağlı millət vəkili Sabir Rüstəmxanlı öz fikirlərini belə ifadə etdi: “Bu qəzet haqqında bir kitab çap etmişdilər və həmin kitabda qəzetin indiki redaktorunun 50-60 şəkli yer alımışdı. Ancaq qəzeti yaradanlar, bərpa edənlər haqqında heç bir cümlə yox idi. Bu, Azərbaycanın müstəqilliyinin bərpasını, xalq hərəkatının tarixini unutdurmaq cəhdidir. Bu, rəsmi dairələrin və bu dairələrin rəsmi orqanı olan qəzetin mövqeyidir. Hansıki bu qəzeti 1989-cu ildə mən bərpa etmişəm və 2 il bu qəzetin redaktoru olmuşam. ”Azərbaycan" qəzeti 400 min tirajla çıxırdı və azad qəzet idi. Bu qəzetin Azərbaycan mətbuatının inkişafında, ictimai şüurumuzun inkişafında böyük rolu olub. Indiki “Azərbaycan” qəzetinin rəhbərliyinin reallıqları gizlətmək cəhdi əbəsdir və indiki “Azərbaycan” qəzeti Xalq Cümhuriyyəti qəzetinin davamçısı deyil. Bu qəzet sadəcə Milli Məclisin bir bülletenidir. Indiki “Azərbaycan”ın özünü Cümhuriyyət dövründə, 1989-cu ildə çap olunan “Azərbaycan” qəzetlinin davamçısı hesab etməyə mənəvi haqqı yoxdur. Bu gün “Azərbaycan” qəzeti öz fəaliyyət prinsiplərindən ayrı düşüb və tamam başqa istiqamətdə fəaliyyət göstərir".(azadliq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar