Oqtay Əsədov ABŞ-a gedir

Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti Parlament Sədrlərinin 4-cü Ümumdünya Konfransında iştirak etmək üçün avqustun 30-da Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə yola düşəcək.

Tədbirdə Parlament sədrlərinin keçmiş konfranslarının əsas tövsiyələrinin tətbiqi və beynəlxalq əməkdaşlıqda parlament ölçüsünün artması, Parlamentlərin işində gender bərabərliyinin təşviqi, Parlamentin yeni davamlı inkişaf hədəflərinin formalaşdırılmasında və tətbiqində rolu və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində Milli Məclisin Sədri Oqtay Əsədovun konfransda iştirak edəcək bir sıra nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulub.

Parlament nümayəndə heyətinin səfəri sentyabrın 4-də başa çatacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar