Azərbaycanın 7 şirkəti Rusiyadan icazə aldı

Həmin şirkətlər Rusiyaya ət və süd məhsulları ixrac edə biləcəklər.

Rusiya Azərbaycanın bir sıra şirkətlərinə bu ölkəyə qida məhsulları ixrac etməyə icazə verib.

Anspress-in məlumatına görə, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ət və süd məhsulları istehsal edən 7 Azərbaycan müəssisəsini reyestrə daxil edib. Xidmət bu ilin mart ayında "Ucar Aqro", "Milk Pro", "Atena", "AZFPCO" (Milla), may ayında "Gəncə Süd"ə öz məhsullarını qonşu ölkəyə ixrac etmək üçün icazə verib.

Bundan başqa, "Dəvəçi Broyler" ASC (Səba) quş əti, "Kaspian Fiş Ko" şirkəti balıq və balıq məhsullarını Rusiyaya ixrac etmək üçün sertifikat alıb.

Bu razılaşmaya qədər Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində kənd təsərrüfatı sahəsində əməkdaşlıq və kənd təsərrüfatı məhsullarının təchizatı üzrə işçi qrupları yaradılmışdı. Bu il aprelin 16-da Bakıda görüş keçirilmiş, Azərbaycanda istehsal olunan ət və süd məhsullarının Rusiya Federasiyasına ixracı ilə bağlı müzakirələr aparılmışdı.

Bundan sonra Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin əməkdaşları Azərbaycana səfər etmiş və sahibkarlıq subyektlərinə baxış keçirərək qiymətləndirmə aparmışdılar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar