Çin ordusu hərbi xidmətə 5 meymun götürdü

Çin hərbçiləri hərbi aviabazaları quşlardan qorumaq məqsədi ilə hərbi xidmətə meymun götürüblər. Quşlar hərbçilər üçün çox böyük narahatlıq yaradırlar. Belə ki, onlar təyyarənin turbininə düşərək qəzaya gətirib çıxara bilərlər.

AZƏRTAC Rusiyanın vesti.ru saytına istinadla xəbər verir ki, meymunlara hərbi obyektlərin yaxınlığında ağaclardakı quş yuvalarını dağıtmaq üçün aprel ayından başlayaraq təlim keçirilib. Əlbəttə ki, insanların köməyi olmadan meymunlar bunun öhdəsindən gələ bilməzdilər. Təcrübə zamanı insanlar quş yuvalarını aşkarlayaraq meymunlara göstərir, onlar isə ağaca dırmaşaraq quş yuvalarını məhv edirlər. Bu xidmətin əvəzində isə hərbçilər primatlara qarğıdalı və digər meyvə, tərəvəz “pay” verirlər.

Pekin yaxınlığında aviabazada hazırda quşlarla mübarizə aparan komandaya beş meymun daxildir. Onların hər biri gündə 12 quş yuvası məhv edə bilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar