Bakıda yarmarkalar bərpa olunur

Kənd təsərrüfatı naziri Əsədov bu barədə açıqlama verib.

Bakı şəhər İcra Hakimiyyəti ünvanları dəqiqləşdirdikdən sonra kənd təsərrüfatı yarmarkaları istənilən vaxt fəaliyyətə başlayacaq.

Kənd təsərrüfatı naziri Heydər Əsədov anspress-in bölgə müxbirinin yarmarkalarla bağlı sualını cavablandırarkən belə deyib.

Heydər Əsədov aqrar sığortanın yeni mexanizmi ilə bağlı məsələyə də aydınlıq gətirib. Bildirib ki, məsələ ilə bağlı Maliyyə Nazirliyi digər iqtisadi qurumlarla müzakirəni yekunlaşdırıb və qurum tərəfindən yaxın zamanlarda layihə Milli Məclisə təqdim olunacaq.

Müzakirə isə Milli Məclisin iş rejimindən asılı olacaq.

Nazir istifadəsiz torpaqlarla bağlı cərimə variantının iqtisadi qurumların əksəriyyəti tərəfindən dəstəkləndiyini bildirib: ”Yalnız 1-2 qurumun müsbət rəyini gözləyirik ki, ondan sonra müzakirəsini aidiyyatı qurumlara təqdim edək.

Yeri gəlmişkən, bu gün kənd təsərrüfatı naziri H.Əsədov Masallıda cənub bölgəsindən olan vətəndaşları qəbul edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar