Ərdoğan yeni hökuməti təsdiq etdi - Siyahı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Baş nazir Əhməd Davudoğlunu qəbul edib.Axar.az xəbər verir ki, bu dəqiqələrdə başa çatan görüşdə baş nazir yeni hökumətdə təmsil olunan nazirlərin siyahısını prezidentə təqdim edib. Görüşdən sonra prezidentin təsdiq etdiyi müvəqqəti Nazirlər Kabineti ictimaiyyətə təqdim olunub.

Ərdoğanın təsdiqi ilə Türkiyə tarixində ilk dəfə keçici hökumət qurulub. Belə ki, CHP-dən Dəniz Baykal, Ərdoğan Toprak, Gülsün Bilgəhan, İlhan Kəsici, Təkin Bingöl, MHP-dən Kənan Tanrıkulu və Meral Akşənər və HDP-dən Ləvənt Tüzelin nazir təklifini rədd etdiyi keçici hökumətdə MHP-dən Toğrul Türkeş və HDP-dən Müslüm Doğan ve Əli Heydər Konca “Hə” deyib.

Maraqlıdır ki, sabiq prezident Abdullah Gül-ün qurduğu 58-ci hökumət də daxil olmaqla AKP-nin 13 illik iqtidarı ərzində bütün kabinetlərdə yer alan Əli Babacan millət vəkili olmadığı üçün yeni siyahıda yer almayıb.

Əli Babacandan savayı baş nazirin müavini Bülent Arınç, Sosial Müdafiə naziri Faruk Çelik, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız, Kənd Təsərrüfatı naziri Mehdi Eker, Gömrük naziri Nurəddin Cannikli, Mədəniyyət və Turizm naziri Ömər Çelik və Müdafiə naziri Vecdi Gönülün nazir postunun təsdiqlənməsi gözlənilir.

Daqvudoğlu yeni kabineti belədir:

Baş nazir: Əhməd Davudoğlu

Ədalət naziri: Kənan İpək

Xarici İşlər naziri: Firudin Sinirlioğlu

Kənd Təsərrüfatı naziri: Qudbəddin Arzu

Daxili İşlər naziri: Selami Altınok

AB naziri: Əli Haydar Konca

Maliye naziri: Mehmet Şimşek

İqtisadiyyat naziri: Nihat Zeybekçi

Milli Təhsil naziri: Nabi Avcı

Səhiyyə naziri: Mehmet Müezzinoğlu

İş və Sosial Müdafiə naziri: Ahmet Erdem

Meşə və si işləri naziri: Veysel Eroğlu

Mədəniyyət ve Turizm naziri: Yalçın Topçu

Şəhərsalma naziri: İdris Güllüce

Gənclik və İdman naziri: Akif Cağatay Kılıç

Baş nazirin müavini: Cevdet Yılmaz

Baş nazirin müavini: Yalçın Akdoğan

Baş nazirin müavini: Numan Kurtulmuş

Baş nazirin müavini: Tuğrul Türkeş

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar