Belarus müxalifəti prezident seçkisini boykota çağırdı

Belarus müxalifət partiyalarının liderləri mövcud seçki komissiyasının qanunsuz elan edilməsi və yeni prezident seçkisi keçirilməsinə nail olmağa çalışırlar.Nikolay Statkeviç,Vladimir Neklyayev,Anatoliy Lebedko və Pavel Severinets avqustun 28-də Minskdə keçirdikləri mətbuat konfransında vətəndaşları seçkiyə getməməyə çağırıblar.

Statkeviç bildirib ki, namizədlərin siyahısı hazırlanarkən, seçki artıq sxtalaşdırılıb.

Lebedko isə bildirib ki, prezident Aleksandr Lukaşenkonun namizədliyi üçün imzalar məcburi formada toplanıb , Televiziya isə 24 saat bir şəxsi göstərir.

O bunun bütün namizədlərin KİV-lərə sərbəst çıxışına təminat yaradılması ilə bağlı ATƏT-in standartlarına zidd olduğunu bildirib.

Xatırladaq ki, Belarusada növbəti prezident seçkisi oktyabrın 11-də keçiriləcək (virtualaz.org).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar