Almaniyadan Ankaraya şok təklif

Almaniya Avropanın qaçqın problemini həll etmək üçün şok bir təklif verib.

Publika.az BBC Türk-ə istinadən xəbər verir ki, Almaniyanın daxili işlər naziri Tomas de Mezyer qaçqın düşərgələrinin Türkiyədə qurulmalı olduğunu söyləyib.

Onun sözlərinə görə, böyük bir qaçqın düşərgəsinin Türkiyədə qurulması üçün Avropa Birliyinin fondlarından faydalanmaq mümkündür. Almaniyalı nazir qeyd edib ki, növbəti mərhələdə qaçqın düşərgəsindən kimlərin Avropaya qəbul olunacağına qərar verilə bilər.

Qeyd edək ki, yaz aylarında Türkiyə üzərindən Yunanıstana, oradan da Avropa Birliyi ölkələrinə getmək istəyən qaçqınların sayı xeyli artıb. Avstriya, Macarıstan və Almaniyaya böyük əksəriyyəti suriyalı olmaqla hər gün minlərlə qaçqın axın edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar