"Boko Haram" Nigeriyada 24 nəfəri öldürdü

Nigeriyanın şimal-şərqində “Boko Haram” terror qruplaşmasının silahlıları 24 dinc sakini qətlə yetirib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Borno əyalətinin paytaxtı Mayduquridən 80 km aralıda yerləşən Marfunudi yaşayış məntəqəsində baş verib.

BMT-nin məlumatına əsasən, terrorçuların hücumları ilə əlaqədar Nigeriyanın şimal-şərq bölgəsində 1 milyon 400 min insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.

Xatırladaq ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar