Bəhreyndə terror aktı

Bəhreynin şimalında baş vermiş partlayış nəticəsində 1 polis əməkdaşı ölüb, daha 7 nəfər müxtəlif dərəcəli bədən xəsarət alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yaralılar arasında 4 polis əməkdaşı və 1 uşaq var.

Xəsarət alanların bir neçəsinin vəziyyəti ağır kimi qiymətləndirilir. Bəhreynin daxili işlər nazirliyi partlayışı terror aktı kimi qiymətləndirib.

Partlayışa görə məsuliyyəti regionda fəaliyyət göstərən heç bir qruplaşma öz üzərinə götürməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar