“Borussiya”nın erməni oyunçusu Bakıya buraxılmayacaq

Avropa Liqasının qrup mərhələsində “Qəbələ” ilə qarşılaşacaq Dortmund “Borussiya”sı Bakıya tam heyətlə gələ bilməyəcək.

Komanda.az-ın yazdığına görə, “Borussiya”nın erməni futbolçusu Henrix Mxitaryan Azərbaycan qanunlarını pozduğuna görə, ona viza verilməyəcək. Mxitaryan hələ Donets "Şaxtyor"unda oynayan zaman hazırda işğal altında olan Dağlıq Qarabağa səfər edib.

Bu səfər 2012-ci ilin dekabrında olub. Həmin vaxt Henrix Ermnistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan başda olmaqla bir qrup federasiya rəsmləri ilə Dağlıq Qarabağa – Xankəndinə səfər etmişdi. O, uşaq evində olmuş və müharibə zamanı Azərbaycan ordusuna qarşı vuruşmuş erməni veteranlarına öz şəxsi hesabına bir çox məişət avadanlıqları hədiyyə etmiş, imzalı top paylamışdı.

Azərbaycan qanunlarına görə, Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağı olduğu üçün ora səfər ancaq Azərbaycan ərzisindən mümkündü. İcazəsiz olaraq Dağlıq Qarabağa səfər etmiş istənilən şəxs "qara siyahı"ya salınır və onun Azərbaycana səfəri mümkünsüz olur.

Məsələ ilə bağlı “Borussiya” rəhbərliyi də narahatlıq keçirir. Komandanın mətbuat xidmətinin rəhbəri Saşa Fliqqe məsələyə belə münasibət bildirib: “Ümid edirik ki, bu məlumat düz deyil. Hazırda Henrix bizim üçün olduqca vacib futbolçudu. O, son qarşılaşmalarda fantastik oyun sərgiləyib”.

“Qəbələ” – “Borussiya" oyunu oktyabrın 23-də keçiriləcək.

Xatırladaq ki, UEFA prezidenti Mişel Platini ona ünvanlanan sualda erməni futbolçunun Azərbaycanda meydana çıxmağının problem olmayacağını bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar