Qızıl 11 dollardan çox bahalaşıb

qizil dollar1424522376Amerika fond bazarında Dow Jones indeksi 0,07% - 16 643,01 bəndədək azalıb, NASDAQ 0,32% - 4 828,32 bəndədək, S&P 500 1,21% - 1 988,87 bəndədək artıb.

“APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,90% - 6 247,94 bəndədək, Fransa CAC-40-ı 0,36% - 4 675,13 bəndədək artıb, Almaniya DAX-ı isə 0,17% - 10 298,53 bəndədək azalıb.

ABŞ fond bazarında Dow Jones indeksinin azalması birjalarda kəskin dəyişikliklər fonunda investorların dünya iqtisadiyyatında tənəzzül ola biləcəyindən ehtiyatlanması ilə əlaqələndirilir.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 11,40 dollar artaraq 1 134,00 dollara, gümüş isə 0,11 dollar artaraq 14,55 dollara satılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar