ABŞ raket hücumundan yeni müdafiə sistemi yaradır - İsraillə birlikdə

ABŞ administrasiyası İsrail hökuməti ilə təhlükəsizlik, xüsusən raket hücumundan müdafiə sistemlərinin növbəti nəslinin yaradılması ilə bağlı fəal müzakirələr aparır.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Barak Obama ABŞ-da yəhudi təşkilatlarının nümayəndələri ilə keçirdiyi telekonfransda bildirib. “Artıq bir neçə aydır ki, biz İsrail hökuməti ilə təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsi barədə müzakirələr aparırıq”, - deyə o, söyləyib.

Xatırladaq ki, daha əvvəl ABŞ İsrailə “Arrow” raket əleyhinə müdafiə sistemlərinin hazırlanmasında yardım edib.

Məlumata görə, B. Obama İranla imzalanan nüvə sazişi məsələsinə də toxunub. ABŞ prezidenti Yaxın Şərqdəki əsas müttəfiqinin təhlükəsizliyini diqqətdə saxladıqlarını açıqlayıb. Onun sözlərinə görə, İranla “altılıq” ölkələri arasında imzalanan saziş bütün tərəflərin maraqlarına cavab verir.

Qeyd edək ki, telekonfrans bağlı qapılar arxasında keçirilib. Danışıqların videoyazısı Ağ Ev tərəfindən ictimaiyyətə açıqlanmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar