Cavid Hüseynovun məhkəməsinin tarixi məlum oldu

Cavid“Qəbələ” futbol klubunun hazırda həbsdə olan futbolçusu Cavid Hüseynovun apelyasiya şikayətinə baxılacaq.C.Hüseynovun vəkili Adəm Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Səbayel Rayon Məhkəməsinin C.Hüseynov haqda həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinin təmin olunmaması barədə qərarından apelyasiya şikayəti verilib: “Avqustun 31-də Bakı Apelyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə keçiriləcək iclasda vəsatətə baxılacaq”.

eyd edək ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı Cinayət Məcəlləsinin 307-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddəsi ilə təqsirləndirib və Səbayel Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar