Güllələnən mayor Hacı Sabirin kürəkəni imiş – Açıqlama

Öldürülən sabiq polis mayoru Nadir İbrahimov Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, “Heydər” məscid-kompleksinin rəhbəri Hacı Sabir Həsənlinin kürəkəni olub.Axar.az-ın xəbərinə görə, bu barədə “Təzadlar” qəzeti məlumat yayıb.“Butastone” şirkətinin həmtəsisçisi olmuş N.İbrahimovu güllələyən Rövşən Həsənovun vəkili Elxan Süleymanov qəzetə bildirib ki, istintaq gedir: “Artıq Rövşən Həsənov ilkin ifadəsini verib.

Valideynlərinin də bildirdiyinə görə, o deyib ki, qətlə yetirilən Nadir İbrahimov ona telefonda dəfələrlə ağır formada ailə söyüşü verib və sonda bundan özünə yer tapa bilməyən Rövşən məlum addımı atıb.

Rövşən Həsənov ziyalı ailədə böyüyüb, 18 yaşında müqəddəs Məkkəni ziyarət edərək hacı olub, bu günə kimi də özünü islam adətlərinə uyğun təmkinli və səbirli aparıb. O, böyüyə, ailəyə canıyanan olub, ədəb-ərkanı qoruyub. Təəssüf ki, belə bir hadisə baş verib”.

Aznews.az xəbər verib ki, qatil kriminal aləmə yaxın adam olub. Qeyd edək ki, N.İbrahimov evlidir, iki uşaq atasıdır. O, məşhur müğənni Azər Zeynalovun qaynıdır.

Son vaxtlar mərhumun işlədiyi şirkətdə həmtəsisçi Namiq Əsədovla problemləri olub.

Qeyd edək ki, avqustun 28-də saat 01.00-da N.İbrahimov güllə yarası ilə xəstəxanaya gətirilib və xilası mümkün olmayıb.

R.Həsənov hadisəni törədərkən istifadə etdiyi “Makarov” markalı tapançanı və patron darağını təhvil verib. Qətlin qız üstündə olduğu deyilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar