Deputatı döyüb, qovdular- FOTOLAR

Odessada Mixail Saakaşvilinin köməkçiləri Ali Radanın deputatını döyüblər.ANS PRESS-in məlumatına görə, bu barədə hadisə yerində olan jurnalist Vera Zaporojye öz şəxsi səhifəsində xəbər verib. Onun bildirdiyi kimi, avqustun 27-də vilayət administrasiyasının binasında çoxlu miqdarda şahid yanında Ukraynanın xalq deputatıAleksey Qonçarenko döyülüb.

Deyilənlərə əsasən, deputatın döyülməsinin əsas səbəbi, onun Pyotr Poroşenkonunsiyahısında qadağa qoyulmuş yerlərdə ticarətlə məşğul olmaqda şübhəli bilinməsidir. Davadan sonra deputatı binadan çıxarıblar. Jurnalistin məsələ ilə bağlı sualına isə, Qonçarenko cavab verib ki, bu vəziyyəti şərh etmək istəmir.

Aleksey Qonçarenko - Ali Radanın deputatı

Aleksey Qonçarenkonun qalmaqallı xəbərlərlə gündəmə gəlməsi ilk hal deyil. Deputat 2014-cü il mayın 2-də Odessada Həmkarlar İttifaqının binasının yanğınında aktiv iştirakı ilə yadda qalıb. Həmin insidentdə çoxlu sayda insan ölüb və Aleksey ölmüş və yaralanmış insanların şəklini sosial şəbəkələrdə durmadan yayıb.

Bu ilin martında da Qonçarenko Avropa Parlamentində qalmaqal yaradıb. Belə ki, Parlamentdə Fransız Janna Lyuka Şafxauzerin 2014-cü ilin fevral ayında Ukraynaya qaz ixracına Amerika kəşviyyatçılarının başçılıq etməsi kəlməsi deputatın xoşuna gəlməyib. O zaman təhlükəsizlik xidməti güclə də olsa, Qonçarenkonu zaldan çıxarıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar