Əcnəbi arxeoloqlar Azıx mağarasında qazıntı aparır – FOTOLAR

Azərbaycanın işğal altındakı Füzuli rayonu ərazisində yerləşən Azıx mağarasında rəsmi Bakının icazəsi olmadan arxeoloji qazıntı işləri davam etdirilir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 2015-ci ilin iyul-avqust aylarında Ermənistan rəhbərliyinin dəvəti ilə əraziyə növbəti beynəlxalq arxeoloq qrupu gəlib. Böyük Britaniya vətəndaşı Tani Kinqin başçılıq etdiyi qazıntı işləri Azıx-1 plastında aparılıb.

Verilən məlumatlara görə qazıntılar nəticəsində mağaradan neandertal insan, ayı və ilk dəfə olaraq kərkədan sümükləri aşkar olunub.

Doktor Con Mürrey (İrlandiya) və arxeoloq Jan van Der Mayd (İspaniya) Azıxda tapılan mağara ayısı və maral qalıqlarının böyük elmi əhəmiyyətə malik olduğunu deyib.

Qazıntılar zamanı aşkar edilmiş 500 fraqment – daş əşyalar, heyvan qalıqları və s. Xankəndi və Yerevan muzeylərinə göndərilib.

[gallery columns="4" ids="148977,148978,148979,148980"]

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar