Co Bayden telefonla Poroşenko ilə danışıb

Avqustun 28-də ABŞ-ın vitse-prezidenti Co Bayden və Ukrayna prezidenti Petro Poroşenko telefon danışığında Donbasdakı durumu, siyasi və iqtisadi islahatların gedişini, Minsk anlaşmasının necə yerini yetirilməsini müzakirə ediblər.

Ağ Evin bəyanatına görə, Bayden Poroşenko-nu Ukraynanın borclarının restrukturizasiyası yönündə kreditorlarla əldə edilən razılaşmaya görə təbrik edib. O, həmçinin oktyabrda yerli orqanlara keçiriləcək seçkilərə islahatçı qüvvələrin vahid namizəd siyahısı ilə getməyini də alqışlayıb.

Vitse-prezident deyib ki, Birləşmiş Ştatlar Porosheko-nun təklifi ilə Konstitusiyaya hakimiyyətin desentralizasiya edilməsi ilə bağlı düzəlişləri dəstəkləyir. Bu düzəlişlər Minsk razılaşması çərçivəsində Kiyevin üzərinə götürdüyü öhdəliklərə uyğundur və unitar dövlət prinsipinə zidd deyil.

Co Bayden separatçıların yeni ərazilər işğal etmək və Ukrayna qanunlarının ziddinə gedərək yerli seçkilərin keçirilməsi haqda bəyanatlarını kəskin tənqid edib. Onun qənaətincə bu, Minsk anlaşmasının birbaşa pozulmasıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar