Qoy, Rusiya Federasiyasına görə, Rusiya Federasiyası utansın! - «Mən, Rusiya dövlətindən qorxuram!»

«O, yabançı dövlətdir, ixtiyari rusa düşmən münasibətdədir»

Bu günlərdə «Exo Moskvı» radiosunun saytında jurnalist Oleq Kaşinin olduqca maraqlı bir məqaləsinə rast gəldim - «Qoy, Rusiya Federasiyasına görə, Rusiya Federasiyası utansın». Oxudam, çox bəyəndim və o saat mənim Rusiya barədə bir məqaləmə yazılmış oxucu şərhi yadıma düşdü. Oxucum təxminən, belə yazmışdı: «Ay Mirzə müəllim, belə bir məqalə də Azərbaycan haqqında yazsan, pis olmazdı...».

Yazmağa hazırlaşırdım ki... gördüm bu urus məni qabaqlayıb. Odur ki, Kaşinin məqaləsini tərcümə edib, hörmətli oxucularımın diqqətinə çatdırmaq qərarına gəldim. Şərh yazan oxucuma isə bir məsləhətim var - Kaşinin məqaləsini oxu, sonra 20 rəqəminə vurub, Azərbaycan Respublikasına şamil elə! Olacaq utanc verən Azərbaycan reallığı. Amma sən bundan heç utanıb-eləmə - qoy, Azərbaycan Respublikası utansın! 

Kaşin yazır: «İndi hamı yazacaq ki, utanır - bizdə adət belədir. «Mən utanıram» yazacaq hər kəsə mənim balaca bir diləyim var: təfərrüata meydan verin, konkretliyə varın. Aydınlaşdırın ki, məhz nəyə görə utanırsınız, şəxsən kimin hərəkətlərinə görə utanırsınız? Rostov hərbi məhkəməsinə görəmi, «FSİN»-ə görəmi (FSİN - Federalnaya slujba ispolnenie nakazaniy - Federal cəzaçəkmə xidməti - M.A.), Putinə görəmi, Vasilyevaya görəmi, Serdyukova görəmi?

Təsəvvür edin - Sentsov qəfəsdə deyir ki, hakimlərə görə, utanır, FSİN-ə görə utanır, Vasilyevaya görə utanır, Putinə görə utanır. Absurddur, deyilmi? Bəs, nə üçün absurd? Ona görə ki, Sentsov - o adam deyil ki, Rusiya Federasiyası və orada oturuşmuş faşizm üçün hər-hansı mənəvi məsuliyyət daşısın. Onu zorla Rusiya vətəndaşı edib, məhbəsə atdılar və 20 il verdilər. O, qurbandır, girovdur və onun heç ağlına da gəlməyəcək ki, özünü Rusiya rejiminin nümayəndələri ilə bir sıraya qoysun. Qalır, bircə mətləbi anlamaq - o, bizlərin hər binindən nə ilə fərqlənir? Mənim versiyama görə, bəzi əhəmiyyətsiz detallardan savayı, heç nə ilə. Bax bunlar - dəmir qəfəs, Rostov məhkəməsi, 20 il. Bir də ki, bizlərdən fərqli olaraq, o, həmin qəfəsdə nəyi isə oxuya bilir. Başqa fərq yoxdur - biz də burada elə onun kimi girovuq.

Bizim ölkəmizdə lap çoxdan polis rejiminə (istismar və bütün ictimai həyatın polis reqlamentləşdirilməsinə əsaslanan rejim - M.A.) əsaslanmış, vətəndaşların iradəsi və maraqları ilə heç bir əlaqəsi olmayan bir hakimiyyət formalaşıb. Bugünkü xəbərlər həmin əhəmiyyətli mətləblərə bir daha diqqət yetirmək üçün səbəb ola bilər.

«Mən utanıram» - qoy, bunu rusiyalı polis və ya «FSBşnik» desin. «Mən utanıram» - qoy, bunu rusiyalı hakim (məhkəmə hakimi - M.A.) desin. «Mən utanıram» - qoy, bunu Dövlət Dumasının deputatı və ya prezident administrasiyasının əməkdaşı desin. Ancaq, vətəndaş deməsin. Utanmaq - həmrəyliyin bir formasıdır. Siz əminsinizmi ki, Rusya dövləti sizin onunla həmrəy olmağınıza layiqdir?!

Sadəcə, Rusiya Federasiyasına öz dövlətiniz kimi baxmaqdan vaz keçin. O. sizinki, bizimki deyil. O, heç sizdən, «siz bunu istiyirsinizmi?» soruşmadan, sizin başınızda oturub. O, bizdən asılı olmayaraq, mövcuddur. Onun bizimlə qarşılıqlı fəaliyyət forması - onun polis strukturlarıdır. «Dalniy» daxili işlər şöbəsində öldürülmüş o adam indi sağ olsaydı, deyərdi ki, polislərə görə, utanır (bu məqamda, Mingəçevir polisində baş vermiş öldürülmə hadisəsi yada düşür - M.A.)?

Qoy, Rusiya Federasiyasına görə, Rusiya Federasiyası utansın - o, biz deyilik, onun bizə heç bir aidiyyatı yoxdur. O, yabançı dövlətdir, o, ixtiyari rusa düşmən münasibətdədir.

Ona görə, utanıram deməklə, siz də onunla bir sırada durmuş olursunuz - ona aid olursunuz. Ona İŞİD-ə yanaşdığınız kimi yanaşın - siz İŞİD-ə görə utanırsınızmı? Mən hesab edirəm ki, İŞİD özünə qarşı hansısa digər güclü hisslər oyatmalıdır. Həmin hissləri heç olmasa, xəyalən formalaşdırmağa cəhd edin. Bundan nə alınacaq? Güman ki, nifrət, qorxu! Ən riyakar insanlar onlardır ki, heç nədən qorxmadıqlarını deyirlər. Əgər hansısa qüvvə insanları oğurlamağa və iyirmi il Rusiya məhbəsinin cəhənnəminə atmağa qadirdirsə, həmin qüvvəyə qorxu hissi ilə yanaşmaqdan normal nə ola bilər ki? Utanmayın, öz-özünüzə belə deyin - «Mən, Rusiya dövlətindən qorxuram!». Bax, mənciyəz qorxuram və bunu hamıya arzulayıram.

O (Rusiya dövləti - M.A.), özünə hər nəyi desən, rəva bilir. O, öz fəaliyyətində heç nə ilə hüdudlanmır. Bizlərdən hər birimizin həyat və azadlığı yalnız onun xoş məramından və ya təsadüfdən şərtlənər. Əgər o, istəsə ki, bizlərdən kimsə «daha olmasın», bu zaman onun sərəncamında çoxsaylı üsul və vasitələr var ki, bunu reallaşdırsın.

Rusiya Federasiyasını öz vətəniniz adlandırmağı tərgidin! Putini öz prezidentiniz adlandırmağı tərgidin! Bu, çox vacibdir - bəli, biz kölə halına salınmış xalqıq və azadlığa aparan ilk addım kölə xalq olduğumuzu hiss etməyimizdir.

Sıravi Rusiya vətəndaşının Sentsovla bir sıraya qoyulmaq üçün daha çox əsası var, nəinki Vasilyeva ilə - özü də müqayisə olunmaz qədər. Sadəcə, bunu başa düşmək və eyni zamanda təsəvvür etmək lazımdır ki, biz qəfəsdə necə oxuyacağıq. Bu da olduqca vacib məsələdir - qəfəsdə nəyi isə oxuya bilmək üçün...»

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar