Tərəvəz bazarında Azərbaycanın mövqeyi zəifləyib

Bu ilin I yarısında Azərbaycan fermerləri xaricə $72,6 mln məbləğində tərəvəz ixrac edib. Bu, 2014-cü ilin eyni dövründəkindən 8,6% azdır. Amma tərəvəz idxalı qiymət ifadəsində ($14 mln) 45% artıb, deyə Dövlətstatkomda Turan-a bildiriblər.

Bu ilin 6 ayında 36 min 34 ton kartof ixrac edilib. Bu, 2014-cü ilin eyni dövründəkindən 26,8% azdır. Yerli kartofun 1 kq-ı gömrükdə $0,57-a rəsmiləşdirilib. Bu, ötən ilkindən 7 sent azdır. Malın hamısı Rusiyaya ixrac olunub.

Toxumluq və əmtəəlik katrof əsasən Niderland - 41 736 ton, İran 13 min ton, Almaniya (6928 ton), Belarus (209 ton), Rusiya (3407 ton), Ukrayna (1934 ton), Belçika (3184 ton), Finlandiya (226 ton), Fransa (3075 ton), Gürcüstan (286 ton), Litva (3153 ton) və Misirdən (1046 ton) idxal edilir.

Azərbaycan gömrüyündə idxal kartofunun 1 kq-ı $0,08-a bəyan edilir. İdxalçılar bildirir ki, hər kq üçün vergidən başqa $0,40 rüşvət verirlər. Ona görə qeyri-mövsümi kartof $0,80-1,20-a satılır.

Bu il Azərbaycan Rusiya və Qazaxıstana $46,6 mln (+4,6%) məbləğində 53 578 ton pomidor (+6,3%) ixrac edib.

İlin I yarısında xiyar idxalı (9753 ton) 4 dəfə artıb. Yerli istehsalın hamısı daxili tələbata yönəldilib.

2014-cü ildə Azərbaycanda bir sıra tərəvəzlərin istehsalı azalıb. İl ərzində 819,3 min ton (-17,5%) kartof, 481,4 min ton (-3,9%) pomidor, 213,3 min ton (-2,3%) xiyar istehsal olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar