"Mən onun haqda yalnız yaxşı şeylər danışacam” - Yuşşenko

Ukrayanın sabiq prezidenti Viktor Yuşşenko Gürcüstana səfər edib.

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, 3 gün Batumidə qalan Yuşşenko gürcü jurnalistlərin Gürcüstanın indi yoxsa Saakaşvili dövründə daha sürətlə inkişaf etməsi ilə bağlı verdiyi suala belə cavab verib.

Sizə səmimi deyim, Mixail Saakaşvili mənim dostumdur və mən onun haqqında yalnız yaxşı şeylər danışa bilərəm. Sizin seçiminiz var və siz bu seçimi illər öncə etmisiniz”.

Viktor Yuşşenko Batumiyə sonuncu dəfə Saakaşvilinin prezidentliyi vaxtı gəldiyini deyib.

“Biz sahilboyu gəzir, planlarımızla bölüşürdük. Batuminin gələcək inkişlafından, burada hansı obyektlərin tikiləcəyi ilə bağlı fikir mübadiləsi aparırdıq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar