Rusiya filminə qarşı Ukraynanın «Krım haqqında həqiqətlər» filmi

Ukrayna KİV-nin yaydığı məlumata görə, bu ölkənin kino işçiləri Rusiyanın bir müddət əvvəl çəkmiş olduğu «Krım. Vətənə aparan yol» filminə cavab olaraq, «Krım haqqında həqiqətlər» adlanacaq film çəkmək niyyətindədirlər («Exo Moskvı»).

Ukraynanın baş naziri Arseniy Yatsenyuk bəyan edib ki, Ukraynanın əsas telekanallarının nümayəndələri belə təşəbbüslə çıxış ediblər. Bununla əlaqədar olaraq, filmin çəkilişi məqsədilə Yatsenyuk gələn il dövlət büdcəsindən vəsait ayrılması üçün hökumətə təklif verib.

Xəbər verilir ki, üç dəfə «Oskar» almış tanınmış rejissorla danışıqlar aparılır. Amma Yatsenyuk rejissorun adını açıqlamayıb.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar