MÜDAFİƏ NAZİRLİYİNDƏ SENSASİYALI MÜŞAVİRƏ - Artur Rəsizadə müəmması

Müdafiə Nazirliyində baş nazir Artur Rasizadənin rəhbərliyi ilə müşavirə keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin ordu quruculuğunun inkişaf etdirilməsi sahəsində qarşıya qoyduğu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar keçirilən müşavirədə Silahlı Qüvvələrin döyüşə hazırlığı və hərbi qulluqçuların döyüş əzmi yüksək qiymətləndirilib.

Rəhbərlik etdiyi qurumda belə nadir hallarda müşavirə keçirən, bəzən həftələrlə yoxa çıxan, varlığı ilə yoxluğu əksər hallarda bilinməyən Azərbaycanın formal Baş nazirinin heç ona birbaşa tabeçiliyi belə olmayan Müdafiə Nazirliyində müşavirə keçirməsi son illərin ən təəcüblü məlumatlarından biri hesab oluna bilər.

Hakimiyyətin iqtisadi məsələlərin belə mərkəzində olmayan, əksər hallarda parlamentə hesabat vermək üçün müavinlərini önə verən Artur Rəsizadəni Müdafiə Nazirliyinə göndərməsinin məntiqini anlamaq çox çətindir. Belə bir hadisə səhv etmiriksə, A.Rəsizadənin Baş nazirliyi zamanında ilk dəfədi baş verir.

R.Əliyev

AzPolitika.info

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar