Robert Prosineçki 4 futbolçudan imtina etdi

Azərbaycan millisinin düşərgəsini daha 4 futbolçu tərk edib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, buna yığmamızın baş məşqçisi Robert Prosineçki qərar verib.

Belə ki, atasının vəfatı ilə əlaqədar komandanın təlim-məşq toplanışından azad edilən Elvin Məmmədovun ardınca Ürfan Abbasov (Qəbələ), Rəhman Hacıyev (Neftçi), Nurlan Novruzov (Zirə) və Seymur Əsədovun (AZAL) da hazırlıqda iştirakı başa çatıb.

AZAL-ın yarımmüdafiəçisi 21 yaşadək futbolçulardan ibarət milli komandanın təlim-məşq toplanışına qoşulub.

Qeyd edək ki, məşqlər yığmamızın AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrda Xorvatiya və Malta ilə keçirəcəyi oyunlara hazırlıq xarakteri daşıyır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar