Rusiya xüsusi xidmət orqanları Ukrayna vətəndaşını azad edib

Russian military at Ukrainian base in CrimeaƏfqanıstanda girov götürülən Ukrayna vətəndaşı Dmitriy Belıy azad edilib.

APA-nın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN nümayəndəsi Mariya Zaxarova bildirib.

XİN rəsmisi bildirib ki, Əfqanıstanda fəaliyyət göstərən qanunsuz silahlı birləşmələr tərəfindən girov götürülən D. Belıy Rusiya xüsusi xidmət orqanlarının səyləri nəticəsində azad edilib.

M. Zaxaroya əlavə edib ki, Rusiya tərəfi azad edilən Ukrayna vətəndaşını istənilən vaxt ukraynalı həmkarlarına təhvil verməyə hazırdılar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar