Krımda son 10 gündə 3 Krım tatarı yoxa çıxıb

Son bir neçə gün ərzində Krımda daha 3 Krım tatarı itkin düşüb. Musavat.com-un UNİAN-a istinadən verdiyi xəbərə görə, bu barədə Krım Tatar Məclisi sədrinin müavini Nəriman Cəlalov öz facebook səhifəsində yayıb.

“Krımda yenə Krım tatarları yoxa çıxır. Axırıncı həftəyarım ərzində Simferepol rayonunda 3 Krım tatarı itkin düşüb. Son olaraq avqustun 27-də 45 yaşlı Muxtar Arislanov yoxa çıxıb” - qeyd edib Cəllalov. Bundan əlavə o, daha iki nəfərin – 1986 və 1988-ci il təvəllüdlü Memet Səlimov və Osman İbrahimovun adını çəkib. Təsdiqlənməmiş məlumata görə, onlar naməlum şəxslər tərəfdən oğurlanıb və Simferepol və ya onun ətrafında saxlanılır.

Əlavə edək ki, yarımadada bir qayda olaraq siyasi fəal tatarlar təqib edilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar