Rusiya əhalisi ərzaq uğrunda davaya qalxdı!

Rusiya KİV-nin məlumatına görə, bu günlərdə Oryol şəhərinin sakinləri mülkiyyətçisinin dəyişməsi səbəbilə, qida məhsullarının endirimlə satışa çıxarıldığı ticarət şəbəkəsində ərzaq üstündə dava salıb. İnsanlar saatlarla uzun növbəyə dayanıb, daha çox ərzaq toplamaq məqsədilə davaya qalxıb və qalmaqal yaradıblar (Rosbalt).

«Medialeaks» xəbər verir ki, növbələr «Rosinka», «Apelsin» və «Sbereqayka» mağazalarında yaranıb. Mağazalar, mülkiyyətçinin dəyişməsi səbəbilə malların kütləvi satışını elan ediblər və bu zaman şəhər sakinlərinə ərzaq məhsullarının 70,0 faiz endirimlə satılacağını bildiriblər. Bununla bərabər inzibatçılar mümkün xaosu önləmək məqsədilə mağazalara girişi məhdudlaşdırıblar. Belədə, insanlar dükanların açılmasına bir neçə saat qalmış növbəyə dayanmağa məcbur olublar.

«Mən saat 05:00-dan növbəyə durmuşam. Birinci girdik. İstədiyimiz qədər aldıq. Razıyam. Yuyucu toz, kapsullar və s. «Apelsin»də elit alkaqol almaq üçün növbəyə dayandıq. Orada da bir qalaq mal aldıq...» - deyə, müştərilərdən biri danışıb.

«Vkontakte»-dəki müzakirələrdə, «kiminsə ayağını tapdalayıblar», «yaşlı qadınlar sonuncu yuyucu toz üstündə az qala dalaşacaqdılar», ««Sbereqayek» mağazalarının birində qapını sındırıblar» səciyyəli yazılara da rast gəlinir. Bir qız isə belə deyir: «Məni kürəyimdən vurdular. Çünki növbədəki qadın elə bilib ki, mən sıraya növbədənkənar girmişəm. Amma mən, lap erkən gəlmişdim».

Sosial şəbəkələrdə satıcıların ünvanına şikayətlər də yer alıb. Belə ki, onlar yaranmış ajiotaj şəraitində öz tanışlarına növbədənkənar xidmət göstəriblər və ya belə xidmət üçün kimlərdənsə pul alıblar.

Kütləvi satışın nə vaxt bitəcəyi məlum deyil.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar