Merkel, Ollan və Putin Ukraynanı müzakirə edib

Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland Rusiya prezidenti Vladimir Putinlə bugünkü telefon danışıq zamanı Ukrayna mövzusunu müzakirə ediblər. Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya hökuməti rəsmi məlumat yayıb.

Məlumata görə, liderlər Minsk anlaşmasına sadiq qaldıqlarını təsdiqləyiblər. “Tərəflər bu anlaşmanın Donbasdakı situasiyanı yaxşılaşdırmaq üçün əsas olması fikrində yekdillik nümayiş etdiriblər” – hökumətin bəyanatında deyilir.

Ölkə başçıları gələcəkdə “Normand dördlüyü” çərçivəsində növbəti görüşün keçirilməsi ilə bağlı razılığa gəliblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar