Əli İnsanovun sənədi it-bata salınıb

Toğrul Babayev: «Sənədlər qurumun dəftərxanasına şəxsən təqdim olunub»

Sabiq səhiyyə naziri Əli Insanovla bağlı Avropa Insan Hüquqları Məhkəməsinin çıxardığı qərarın icra müddəti sentyabrın 14-də başa çatır. Lakin Ali Məhkəminin media ilə əlaqə üçün məsul edilmiş hakimi Fərhad Kərimov “mediaforum” saytına açıqlamasında bildirib ki, Avropa Insan Hüquqları Məhkəməsinin Əli Insanovun işi ilə bağlı qərarı Ali Məhkəməyə rəsmən daxil olmayıb.

Əli Insanovun vəkili Toğrul Babayev isə bunun ağ yalan olduğunu deyir. Vəkil 2013-cü il iyulun 10-da Əli Insanovun vəkillərinin Avropa Məhkəməsinin qərarının əsli və daha sonra tərcümə edilmiş surətini order və şikayətlə bərabər Ali Məhkəmənin dəftərxanasına təqdim etdiyini və bu prosesdə özünün iştirak etdiyini bildirdi. Vəkilin sözlərinə görə, istənilən vaxt sənədlərin dəftərxanaya şəxsən təqdim edildiyini sübut edə bilər.

T.Babayev Avropa Şurası Nazirlər Komitəsinə və qurumun xarici işlər nazirlərinə qərarın icra olunmaması ilə bağlı rəsmi müraciət etdiklərini, həmçinin Ali Məhkəmənin sədrini və Insan Hüquqları üzrəÿAvropa Məhkəməsiÿyanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsiÿÇingiz Əsgərovu məhkəməyə verdiklərini bildirdi. Sentyabrın 30-u 1 saylı Inzibati Iqtisad Məhkəməsində Çingiz Əsgərovun, oktyabrın 17-də isə hakim Müseyib Bayramovun sədrliyi ilə Ali Məhkəmənin sədrinin məhkəməsi olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar