PKK kəndləri boşaldır

PKK terror təşkilatının Türkiyənin cənubi-şərqində həyata keçirmək istədiyi xain planı ifşa olunub.Publika.az “Akşam” qəzetinə istinadən xəbər verir ki, PKK kəndlərdəki əhalini zorla evlərindən çıxararaq həmin evlərə üzvlərini yerləşdirir.

Ölkənin cənubi-şərqindəki vilayətlərdə silah-sursat anbarları yaradan PKK təhlükəsizlik gücləri ilə qarşıdurmaya girərək “kürd kəndləri dövlətə qarşı silahlı müqavimət göstərir” görüntüsü yaratmaq istəyir.

Kəndlərə külli miqdarda silh-sursat toplayan terror təşkilatının kəndlərin girişlərində xəndəklər qazaraq təhlükəsizlik gücləri ilə uzunmüddətli döyüşlərə hazırlaşdığı bildirilir. Kənd sakinləri kimi geyinən PKK terrorçularının təklükəsizlik gücləri üçün əlavə çətinlik yaradacağı deyilir.

Hakkari vilayətindən Yüksekova mahalında əhalinin bəzi hissəsinin uşaqları və əşyalarını götürüb evlərini tərk etdiyi xəbər verilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar