Kobzon müalicə üçün Avropaya gedəcək - Putin işə qarışıb

Rusiya KİV-nin yaydığı məlumata görə, adı Avropa İttifaqının sanksiya siyahısına daxil edilməsinə baxmayaraq, tanınmış Rusiyalı müğənni İosif Kobzon sentyabrın 9-da müalicə almaq üçün Avropaya yola düşəcək («Exo Moskvı»).

Kobzonun özü «Rus xəbərlər xidməti»nə deyib ki, bu səfər Prezident Vladimir Putinin şəxsən işə qarışması sayəsində mümkün olub. O, sanksiyalardan yan keçərək, Avropaya necə gedəcəyini isə dəqiqləşdirməyib.

Məlumat üçün bildirək ki, hələ 7 il bundan əvvəl İosif Kobzona xərçəng diaqnozu qoyulub.

Redaksiyadan: Maraqlıdır, Ukraynada doğulub, indi bu ölkəyə hər cür çamur atmaqdan utanmayan, bununla yanaşı, Rusiyanı göylərə qaldırıb, Avropaya ironiya edən bu şəxs, nə üçün «möhtəşəm ölkəsi» Rusiyanın özündə müalicə olunmur?!

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar