Ukrayna xakerləri separatçı liderin internet yazışmasını dərc ediblər

Xarici KİV-in yaydığı məlumata görə, «Ukrayna kiber-ordusu» qrupunun xakerləri tanınmamış Donetsk Xalq Respublikasının (DXR) liderlərindən biri olan Denis Puşilinin internet yazışmalarının mətnini dərc ediblər («Uxo Moskvı»).

«Azadlıq» radiosu xəbər verir ki, dərc olunan materiallar Puşilinin «Skype»dən götürülmüş xəbərləri və onun köməkçisi Aleksandr Serovun «Viber» messencerdən götürülmüş məlumatlarından ibarətdir.

Dərc olunmuş fraqmentlərdə onun Rusiya müdafiə nazirliyi Baş Kəşfiyyat İdarəsindəki (MN BKİ) kuratorları qarşısında hesabatlarından söhbət açılır. Eyni zamanda, ABŞ sanksiyalarından yan keçməklə, Puşilinin «Amway» şəbəkə marketinqi sistemində qazanmaq planlarından bəhs olunur.

Yazışma 2014-cü ilin payızından 2015-ci ilin yayı aralığındakı dövrü əhatə edir.

Redaksiyadan: Körəsən, «Azərbaycan kiber-ordusu»nun xakerləri «özündənbəy Dağlıq Qarabağ Respublikası»nın üzdəniraq prezidenti Arkadi Qukasyanın telefon danışıqlarının, internet yazışmalarının mətnini nə vaxt dərc edəcəklər?!

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar