İki terrorçu təşkilat Azərbaycanı hədələdi -YENİLƏNİB

2s«Meşə Qardaşları» və «Ceyşullah» hakimiyyətə qarşı hərbi əməliyyatlara start verdiklərini bəyan ediblər

Dünən sosial şəbəkələrdə Azərbaycanda bir zamanlar çox ciddi terror təhlükəsi yaratmış iki radikal dini təşkilatın nümayəndələri ayrı-ayrılıqda bəyanat yayıblar. ""Jam.az"ın xəbərinə görə, «Meşə Qardaşları» təşkilatın adından məlumat yayan şəxs qeyd edib ki, tezliklə bu addım atılacaq. «Meşə Qardaşları» adından yayılmış həmin bəyanatda deyilir ki, onlar bir təşkilat olaraq artıq Azərbaycan iqtidarına qarşı hərbi əməliyyatlara start verib. Digər məlumat isə «Ceyşullah» («Allahın Ordusu») adlı təşkilatın adından yayımlanıb. Məlumatı yayan şəxslər bildiriblər ki, sözügedən təşkilat tezliklə Azərbaycanda cihad elan edəcək. Qeyd edək ki, hər iki təşkilat terrorçu fəaliyyətlə məşğul olmaqla yanaşı, həm də radikal dini cərəyanın nümayəndələrindən təşkil olunub. Əsasən vəhabilərin nəzarətində olan bu silahlı qruplaşmaların üzvləri isə dünyanın bir çox münaqişə ocaqlarında döyüşüblər. Hazırda onlardan Suriyada da döyüşənlərin olduğuna dair məlumatlar var.

Milli Təhlükəsizlik Nazirliyi (MTN) terrorçu təşkilatların Azərbaycanı hədələməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev APA-ya açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və maraqlarına mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir, əməliyyat şəraitinə nəzarət olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar