Tovuzda dəhşətli qəza: ölənlər var
Baxiş sayı:
Dərc olunub:
30/08/2015 - 13:16
Bu gecə Tovuz rayonunda dəhşətli yol qəzası baş verib. Nazirliyin “112” qaynar telefon xəttinə Tovuz rayonu ərazisində “KamAZ” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobilinin toqquşması barədə müraciət daxil olub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilin sürücüsü və sərnişini aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Yanğınsöndürən-xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyitləri çıxarıb və aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 02:39-da başa çatıb. (APA)
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.