Baxçalı Türkeşə: “Nə üzlə görüşmək istəyir?”

MHP lideri Dövlət Baxçalı Baş nazirin müavini Toğrul Türkeşin görüş təklifinə rədd cavab verib. Axar.az-ın məlumatına görə, Əhməd Davudoğlunun köməkçisi postunu qəbul etmiş MHP-nin Ankaradan millət vəkili Türkeş partiya tərəfindən linç edilir. Türkeş Baxçalının sözçüsünə zəng edərək hələ də MHP üzvü olduğunu xatırladıb, partiyadan getməyəcəyini söyləyib. MHP lideri isə mətbuat katibi vasitəsi ilə “görüşməli bir məsələ yoxdur, hansı üzlə görüşmək istəyir? Getsin Davudoğlunun təlimatlarını yerinə yetirsin” deyib.

Qeyd edək ki, MHP lideri müvəqqəti hökumətdə partiyadan heç kəsin təmsil olunmayacağı haqda qərar vermişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar