İsa Qəmbər tərəfləri "atəşkəsə" çağırdı

Müsavat başqanı İsa Qəmbər partiya üzvlərinə və "Yeni Müsavat" qəzetinin əməkdaşların müraciət yayıb. AzPolitika.info-nun məlumatına görə, müraciətdə deyilir:

"Hörmətli dostlar,

Xanımlar və bəylər!

Media və sosial şəbəkələrdə 2013-cü ilin sonlarında başlayan, Müsavat partiyasının üzvləri Milli Şuradan çıxdıqdan (6 yanvar) sonra daha da kəskinləşən söz savaşı bizim moratorium qərarından (8 yanvar) sonra xeyli səngisə də hələ bitməyib.

Biz bu ili Məhəmməd Əmin Rəsulzadə ili elan etmişik. Yubiley tədbirləri il boyu davam edəcək, lakin, bir sıra əsas tədbirlər məhz indiki mərhələdə 28-31 yanvarda keçiriləcək.

Mən ilk növbədə müsavatçılara və “Yeni Müsavat”çılara, eyni zamanda ərkim çatan hər kəsə müraciət edərək hamını fevralın 1-nə qədər atəşkəs elan etməyə, daha sonra isə bu söz savaşına birdəfəlik son qoymağa çağırıram.

P.S. Bu gün M.Ə.Rəsulzadənin həyatda olan son silahdaşlarından biri- Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal Bakıya gəlir. Doğrusu mən heç istəməzdim ki, o, sabah qəzetləri açanda Rəsulzadə-Elçibəy yolunda olduğunu iddia edənlərin bir-birinə qarşı yazıları ilə qarşılaşsın."

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar