Rusiya hakimiyyəti düşmən axtarışında! - «ABŞ çevriliş etmək istəyir»

Rusiya KİV-nin yaydığı məlumata görə, Rusiya hakimiyyətində təmsil olunan siyasətçilərin bir qrupu iddia edir ki, Amerika Birləşmiş Şatatlarının (ABŞ) Dövlət Departamenti Rusiyada siyasi çevriliş həyata keçirmək istəyir («Exo Moskvı»).

«Den» telekanalına müsahibə verən «Vahid Rusiya» blokunun («Yedinoross») təmsilçisi, Dövlət Dumasının deputatı Yevgeni Fyodorov deyib ki, niyyətini həyata keçirmək istiqamətində Dövlət Departamenti müxtəlif üsullarla bizim vətəndanşlarımızın şüuru ilə manipulyasiya edir.

Fyodorov qeyd edib ki, rusiyalılar başa düşməlidirlər - Qərb onlarla manipulyasiya edir. Odur ki, Rusiyada yeni «Maydan»a imkan vermək olmaz.

Göründüyü kimi, avantürist siyasəti ilə ölkəni dalana dirəmiş Rusiya hakim dairələri indi yeni düşmən axtarışına baş vurub. Rusiyalı siyasətçilərdən biri hakimiyyətin absurd siyasətini obrazlı şəkildə belə ifadə edir - «Hüdudsuz dövləti sərsəmlik» («Zapredelnoe qosudarstvennoe bezumie»)! Bu məqamdə rusların bir atalar məsəli yada düşür - «pis oyunçuya ... mane olar»...

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar