Yaponlar II Dünya Müharibəsindəki səhvi təkrarlamaq istəmirlər

Yaponiyada hərbi qanunvericiliyə dəyişiklik etirazlara səbəb olub. ANS PRESS-in məlumatına görə, ordunun xaricə göndərilməsi ilə bağlı qanunvericiliyə edilmiş dəyişikliyin ardından minlərlə insan parlamentin önünə toplaşaraq etiraz edib.Dəyişiklik, İkinci Dünya Müharibəsindən bəri ilk dəfə Yaponiya ordusunun ölkədən kənarda vuruşmasına imkan verəcək.

Dəyişiklik artıq Yaponiya parlamenti aşağı palatasında qəbul edilib və yuxarı palatada da təsdiq olunacağı gözlənilir. Konstitusiyaya görə, Yaponiya özünü müdafiə istisna olmaqla, münaqişələrin hərbi həllində iştirak edə bilməz.

Lakin qanuna dəyişiklik indi Yaponiyaya hücuma məruz qalmış müttəfiqini müdafiə etmək üçün hərbi gücdən istifadə imkanı verəcək.

Etiraz nümayişləri tələbə və gənclər tərəfindən həyata keçirilir. Onlar Yaponiyanın pasifist konstitusiyasını qorumaq istədiklərini bildiriblər.

Küçələrə düzülmüş polis paytaxtın mərkəzində yavaşımanı azaltmaq üçün etirazçıları hərəkət etməyə çağırır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar