Baş nazirin olduğu təyyarə qəza enişi etdi

Bolqarıstanın Varna şəhərində hökumət təyyarəsi qəza enişi edib. Təyyarədə ölkənin baş naziri Boyko Borisov olub, bu barədə Bolqarıstanın milli radiosu bildirib.

Oxu.az Lenta.ru-ya istinadən xəbər verir ki, hadisə bazar günü avqustun 30-da günün ikinci yarısında baş verib. Məcburi enişin səbəbi isə təyyarə qalxarkən şassilərin dayaqlarını yığmağın mümkünsüzlüyü olub. Enişdən öncə təyyarə aeroport üzərində artıq yanacağı işlətmək üçün dövrə vurub.

Baş nazir Plovdivə, yeni idman kompleksinin açılışında iştirak etmək üçün uçurdu.

Bu, cari ildə baş verən ikinci analoji hadisədir. Fevralda Sofiyadan uçduqdan sonra laynerin şassi ilə problemi yaranıb, bu səbəbdən təyyarə geri qayıtmalı olub.

Təyyarədə olan Nəqliyyat naziri İvaylo Moskovski bildirib ki, təyyarə texniki xidmət üçün İsveçrəyə göndəriləcək.

Nəqliyyat naziri həmçinin qeyd edib ki, sərnişinlərin və heyət üzvlərinin həyat və sağlamlığı üçün heç bir təhlükə olmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar