Türkiyədən PKK liderlərinin tutulmasına kömək edənlərə mükafat verəcək

Türkiyə PKK terror təşkilatının aparıcı şəxslərinin tutulmasına kömək edənlərə mükafat verəcək.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti yazıb.

Qəzetin məlumatına görə, təşkilatın aşağı vəzifəli şəxslərinin tutulmasına kömək edənlərə 200 min lirə (72 min manat) veriləcək.

Terror təşkilatının idarə heyətində olanların hər birinə görə isə 4 milyon lirə (1,4 milyon manat) mükafat ödəniləcək.

Mükafatın miqdarı ilə bağlı son qərar hələlik verilməyib.

Qeyd edək ki, bu, Türkiyənin PKK ilə mübarizə tarixində ilk belə qərardır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar