Avropa İttifaqı fövqəladə iclas çağırır

Avropa İttifaqı miqrasiya böhranını həll etmək üçün fövqəladə iclas çağırıb.

Aİ prezidenti deyib ki, sentyabrın 14-də 28 üzv ölkənin daxili işlər nazirləri fövqəladə toplantı keçirməlidir və böhran "görünməmiş miqyas" alıb.

Ötən həftə yüzlərlə insan Aralıq dənizində, daha 71-i isə Avstriya sahillərində ölüb.

Ötən ay Aİ sərhəddində gözləyən miqrantların sayı 107.500 olub.

BMT bildirib ki, rəqəmin artmasının əsas səbəbi Suriyada münaqişənin davam etməsidir.

Lakin Yunanıstan, İtaliya və Macarıstanın sərhəd xidməti təkcə, Suriyadan deyil, Orta Şərq və Afrikadan gələn miqrantlarla mübarizə aparır.

Gələn ay keçiriləcək görüş hazırda Aİ prezidentliyini edən Lüksemburqda baş tutacaq.

"Aİ-nin xaricində və daxilində miqrasiya hadisəsinin vəziyyəti görünməmiş miqyas alıb", bəyanatda deyilir.

İyulda Aİ sərhəddinə çatan miqrantların sayı ilk dəfə olaraq 100 mini keçib, bu rəqəmsə ötən ilin iyulundan 3 dəfə çoxdur, Frontex agentliyi bildirib. /BBC

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar