İranın tanınmış din xadimi Azərbaycana gəlib

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin dəvəti ilə İran İslam Respublikasının tanınmış din xadimi Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədaninin Azərbaycana səfəri başlayır.

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan və İran arasında dini-mənəvi əlaqələrin inkişafına töhfə məqsədi daşıyan səfər çərçivəsində Bakı şəhərində və bölgələrdə - Şamaxı və Gəncədə bir sıra görüşlər nəzərdə tutulub.

Səfər çərçivəsində nümayəndə heyəti Şəhidlər Xiyabanını, Heydər məscidini və digər yerləri ziyarət edəcəklər. Səfər sentyabrın 4-ü başa çatır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar